"Sumqayıt" Premyer Liqanın 2014/15 mövsümü üçün hazırlığına start verib. Fanat.az xəbər verir ki, bu gün komanda Aqil Məmmədovun rəhbərliyi altında Sumqayıtda ilk məşqinə çıxıb.
Yeni transferlər hazırlıq prosesində iştirak edib. Yalnız yüngül zədəsi olan Elvin Həsənəliyev fərdi məşqlərlə kifayətlənib. Məşqin gedişində baxışda olan futbolçular iki tərəfli oyunla yoxlanışdan keçiblər.
"Sumqayıt" növbəti məşqinə sabah saat 10.30-da çıxacaq.
Fanat.az