UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Bayer" – "Qarabağ" qarşılaşmasının hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Entoni Teylor olacaq. Ona Qari Besuik və Adam Nann kömək edəcəklər. Matçın ehtiyat hakimi Endryu Medli olacaq.
Endryu Teylor İngiltərənin məşhur hakimlərindəndir. O, ötən yay "Sevilya" və "Roma" arasında baş tutan UEFA Avropa Liqasının final oyununu idarə edib.
"Bayer" - Qarabağ" matçı martın 14-ü, saat 00.00-da Almaniyanın Leverkuzen şəhərindəki "BayArena"da keçiriləcək və "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.