Cümə axşamı UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" səfərdə keçirəcəyi cavab matçında "Bayer Leverkuzen" ilə qarşılaşacaq.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyevlə əlaqə saxlayıb təmsilçimizin tarixi oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Səfər qarşılaması evdəki oyundan da çətin olacaq. Bunu qrupun ilk matçında da görmüşdük. Amma "Qarabağ" bir həftə əvvəl Bakıda olduğu kimi mübarizə aparsa, "Bayer Leverkuzen" böyük hesablı qalibiyyət əldə etməyəcək. Rəqib nə qədər güclü olsa da, "Qarabağ" a inanırıq. Məncə, rəqib əsas heyətlə oyuna başlayacaq. Ümid edirəm ki, komandamız güclü rəqibə qarşı sensasiyaya imza atar".
Qeyd edək ki, tərəflərin Bakıdakı ilk matçında qalib müəyyənləşməyib -2:2.
Nahid Ustaclı