"Qarabağ" cümə axşamı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununa - "Bayer Leverkuzen" ilə səfər matçına çıxacaq. Azərbaycan millisinin sabiq müdafiəçisi Tərlan Əhmədovla əlaqə saxlayıb cütün taleyini həll edəcək ikinci görüş barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ı ağır oyun gözləyir. Artıq komandalar üç dəfə görüşüblər. Son oyunlarda "Qarabağ" müdafidə xeyli səhv buraxır. Eyni zamanda "Qarabağ"ın əks-hücumları mükəmməldir. Hamı bilir ki, "Bayer Leverkuzen" hansı gücə malikdir. Ev amilini nəzərə alsaq, favorit "Bayer Leverkuzen"dir. Amma belə oyunlarda bəzən şanslar bərabər olur. "Qarabağ" əks-hücumlardan yararlansa, hər şey başqa cür olacaq. Təmsilçimiz mərhələ keçməsə də, artıq tarix yazıb. Bu nəticə Azərbaycan üçün böyük uğurdur. Rəqib nə qədər güclü olsa da, "Qarabağ" öz oyun üslubundan əl çəkən deyil. Müdafiədəki səhvlər minimuma endirilsə, nəticə yaxşı olar. Ümid edək ki, "Qarabağ" bizi sevindirəcək".
Qeyd edək ki, tərəflərin Bakıdakı duelində qalib müəyyənləşməyib -2:2.
Nahid Ustaclı