Fransa Futbol Federasiyası (FFF) Ramazan ayında futbolçuların oruclarını açması üçün matçlarda fasilə yaradılmasını yenə yasaqlayacaq.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, futbol qurumu qadağa qərarını oyunların tempinin pozulması ilə əsaslandırıb.
Qeyd edək ki, FFF ötən mövsüm də oruc tutan futbolçulara güzəşt etməmişdi.