"Sabah"ın sabiq çalışdırıcısı Murad Musayev "Krasnodar"ın baş məşqçisi olub.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər bu mövsümün sonuna qədər müqavilə imzalayıblar.
Musayev bu vəzifədə istefası çərşənbə günü məlum olan Vladimir İviçi əvəz edib.
"Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Kadi Borgesin çıxış etdiyi "öküzlər" Rusiya Premyer Liqasında 20 turdan sonra lider "Zenit"dən bir xal geri qalaraq 2-ci yeri tutur.
Musayev məşqçilik karyerasına "Krasnodar"da başlayıb. O, 2018-2021-ci illərdə əsas komandaya rəhbərlik edib. 40 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına kimi Azərbaycanın "Sabah" klubunu çalışdırıb.
Mirağa