"Real Madrid"in yarımmüdafiəçisi Eduardu Kamavinqa son iki mövsümdə "Kral klubu"nun forması ilə qol vura bilməməsi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, AS fransalı futbolçunun dediklərini belə çatdırıb:
"Karlo Ançelotti deyib ki, növbəti qolumu vuranda mənimlə rəqs edəcək. Amma bilmirəm nə vaxt fərqlənəcəm və bu, ona nə vaxt qismət olacaq".
Kamavinqa İspaniya nəhənginə 2021-ci ildə, 31 milyon avro qarşılığında Fransanın "Renn" klubundan transfer olunub. Cari mövsüm bütün turnirlərdə 31 matça çıxan orta xətt oyunçusu 1 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun "Real"la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Eduardunun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.
Nihat