"Qəbələ"nin Avropa Liqası üçün ilkin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, hələlik heyətdə 16 futbolçu yer alıb.
Amma bu siyahıda dəyişiklik mümkündü. Sifariş ərizəsində maksimum 23 futbolçunun adı ola bilər.
Hazırkı heyətdə 2 qapıçı, 7 müdafiəçi, 4 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
Qapıçılar: Kamran Ağayev, Anar Nəzirov.
Müdafiəçilər: Ürfan Abbasov, Elnur Allahverdiyev, Ruslan Əmircanov, Rafael Santos, Vladimir Levin, Kristian Pulhak, Adrian Ropotan.
Yarımmüdafiəçilər: Ruslan Abışov, Nizami Hacıyev, Ruslan Tağızadə, Müşfiq Teymurov.
Hücumçular: Andrey Kristea, Dodo, Viktor Mendi.
Fanat.az