Avropa Liqasının III təsnifat mərhələsində 68 komanda iştirak edəcək. Fanat.az xəbər verir ki, onlardan 34-ü play-off mərhələsinə vəsiqə qazanacaq.
68 komandadan 18-i birbaşa III təsnifat mərhələsinə vəsiqə qazanıb. 40 komanda isə II təsnifat mərhələsinin qalibləri olacaq.
Azərbaycanı III təsnifat mərhələsində 3 komanda təmsil edə bilər. Bunun üçün "İnter"lə "Qəbələ" 2, "Neftçi" 1 mərhələ keçməlidi.
I təsnifat mərhələsində "Tiraspol"u (Moldova) sınağa çəkəcək "İnter" mərhələ keçəcəyi halda "Elfsborq"la (İsveç) qarşılaşacaq.
"Qəbələ" I təsnifat mərhələsində "Şiroki Briyeq"lə üz-üzə gələcək. Bosniya və Hersoqovina klubunu keçəcəyi halda bölgə təmsilçisi Çexiya "Mlada"sı (Boleslav) ilə münasibətlirinə aydınlıq gətirəcək.
Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Neftçi" isə "Koper" (Sloveniya) - "Çelik" (Çernoqoriya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.
III təsnifat mərhələsinə birbaşa vəsiqə qazanan klublar:
Olimpik (Lion, Fransa)
Dinamo (Rusiya)
Yanq Boyz (İsveçrə)
Real Sosyedad (İspaniya)
Hall Siti (İngiltərə)
Maynts 05 (Almaniya)
Torino (İtaliya)
PSV (Hollandiya)
Brügge (Belçika)
Rio Ave (Portuqaliya)
Karabükspor (Türkiyə)
Viktoriya (Çexiya)
Çornomorets (Ukrayna)
Atromitos (Yunanıstan)
Astra (Rumıniya)
Hapoel (Kiryat Şmona, İsrail)
Ermis (Cənubi Kipr)
Bröndbü (Danimarka)
Fanat.az