Futbol üzrə Niderland birinci divizionunda 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Dordrext”lə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 0:0.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90+2-ci dəqiqədə əvəzlənib.
“Eyndhoven” hazırda 38 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Ozan Can Azərbaycan millisinin martın 18-25-i aralığında Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alıb. Yığmamız bu arada “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.