“Real” klubu hücumçusu Vinisius Juniora qarşı azarkeşlərin irqçi davranışlarına görə İspaniyanın baş prokuroruna şikayət edib.
Fanat.Az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı açıqlama yayıb.
"Real"ın yaydığı açıqlamada Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Barselona" - "Napoli", eləcə də "Atletiko" - "İnter" cavab matçları öncəsi Barselona və Madriddəki stadionlara yaxın ərazilərdə braziliyalı futbolçunun irqi təhqirlərə məruz qaldığı iddia olunub. Klubun nifrət və ayrı-seçkiliyə görə prokurorluğa şikayət etdiyi bildirilib. Klub prokurorluqdan tələb edib ki, günahkarların müəyyən edilməsi üçün hər iki stadionun təhlükəsizlik xidmətlərindən kamera görüntüləri alınsın.
Qeyd edək ki, braziliyalı ulduz 2018-ci ilin yayından "Real Madrid"də çıxış edir. O, son illər İspaniyada tez-tez irqi təzyiqlərə məruz qalır.
Mirağa