"Qəbələ"dən ayrılan Rail Məlikov karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Fanat.az xəbər ki, millimizin müdafiəçisinə qardaş ölkədən təklif var.
"Dənizlispor"da oynamış Məlikovun xidmətində yenə PTT 1-ci liqa klub maraqlıdı. Railin həmin kluba keçib-keçməyəcəyi yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, Rail 2012/13 mövsümündə "Dənizlispor"da çıxış edib (25 oyun, 2245 dəqiqə). Ötən yay "Qəbələ"yə keçən müdafiəçi uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb və cəmi 12 oyunda meydana çıxaraq 970 dəqiqə oynayıb. O, əvvəllər "Bakı" və "Neftçi"nin formasını geyinib, milli komandada 40 oyun keçirib.
Fanat.az