Klub tarixində ilk çempionluq tituluna doğru irəliləyən "Bayer Leverkuzen" Almaniya Bundesliqasının 26-cı turunda səfərdə “Frayburq”u məğlub edib (3:2).
Fanat.Az "Opta Sport"-a istinadən xəbər verir ki, "əczaçılar" bununla yeni klub rekorduna imza atıblar.
Xabi Alonsonun komandası cari mövsümdə 22-ci qələbəsini qazanıb. Bu, qələbə sayına görə yeni klub rekordudur. İndiyə qədər "Bayer" bütün tarixi boyunca 34 turdan ibarət olan Bundesliqa mövsümboyu ən yaxşı halda 21 matçda qalib gəlmişdi.
Növbəti turda "Bayer" doğma meydanda "Hoffenhaym"ı qəbul edəcək.
Qeyd edək ki, "Bayer Leverkuzen" cari avrokubok mövsümündə həm qrup mərhələsində, həm də 1/8 finalda Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi olub.
Mirağa