PSJ Fransa çempionatının 26-cı turunun matçında "Monpelye"ni məğlub edib (6:2).
Fanat.Az xəbər verir ki, parislilərin heyətində Kilian Mbappe het-trik edib.
"Arsenvensen" "Telegram" səhifəsinin yaydığı məlumata görə, ulduz forvard PSJ-nin heyətində bütün yarışlarda vurduğu qolların sayını 250-yə çatdırıb. Mbappe PSJ nəhənginin tarixində 250 qol həddinə çatan ilk futbolçu olub.
Bu matçdan sonra PSJ Liqa 1-in turnir cədvəlində liderliyini möhkəmləndirib (59 xal).
Mirağa