“Bakı” futbol klubu yeni mövsümə hazırlıq çərçivəsində keçirəcəyi yay təlim məşq toplanışının yerini və vaxtını dəqiqləşdirib. Beləliklə, komanda iyulun 4-dən 25-nə kimi Avstriyanın Leoqanq şəhərində olacaq. Səfər müddətində futbolçular Falkensteiner Hotel & Spa Bleibergerhof otelində məskunlaşacaqlar.
Komanda hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.
İdman24.az