Türkiyədə hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yuri Syominin yetirmələri Zoporojye “Metallurq”u ilə qarşılaşacaq.
“Qəbələ”nin Ukrayna premyer-liqasında çıxış etmiş rəqibi ilə görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ”dən fərqli olaraq, “Metallurq” artıq Türkiyədə ilk yoxlama oyununu keçirib. Ukraynalılar təmsilçimizin iyulun 7-də oynayacağı “Trabzonspor”la 1:1 oynayıb.
Yoxlama oyunu
3 iyul
19:00. “Qəbələ” (AZƏRBAYCAN) - “Metallurq” (UKRAYNA)
İdman24.az