Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti sınaq matçına çıxıb. Fanat.az xəbər verir ki, Avropa Liqasına hazırlaşan Premyer Liqanın bürünc mükafatçısı yerli klubla qarşılaşıb.
Belə ki, "Qəbələ"nin rəqibi son Sloveniya çempionu "Maribor" olub. Təmsilçimiz 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qoluna 14-cü dəqiqədə Rafael Santos imza atıb.
"Maribor" futbol klubu 1963-cü ildə yaradılıb. Bu il 54 yaşını qeyd edəcək komanda Yuqoslaviya dövründə aşağı liqalarda çıxış edib və 13 dəfə Sloveniya Respublika Kubokunun qalibi olub. Müstəqillik dönəmində isə "Maribor" 12 dəfə Sloveniya çempionu, 8 dəfə ölkə kubokunun, 3 dəfə Superkubokunun qalibi olub. "Qəbələ"nin rəqibinə 42 yaşlı yerli mütəxəssis Ante Şimundza başlçılıq edir.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Sloveniyada yerli klublarla iki oyun keçirib. "Stoynitsa"ya 1:0 hesabı ilə qalib gələn komanda "Koper"ə uduzub - 0:1.
Yoxlama oyunu
26 iyun
Maribor (Sloveniya) - Qəbələ (Azərbaycan) 0:1
Qol: Rafael Santos, 14.
Qəbələ: Kamran Ağayev, Ruslan Tağızadə, Vladimir Levin, Rafael Santos, Elnur Allahverdiyev, Ruslan Abışov, Andrian Ropotan, Dodo, Nizami Hacıyev, Elvin Camalov, Viktor Mendi.
Fanat.az