"Qəbələ"dən ayrılan Davron Erqaşevin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, tacikistanlı müdafiəçi karyerasını Qazaxıstan çempionatında davam etdirəcək.
Belə ki, Davron "Jetısu" klubuna keçib. O, qışda "Qəbələ"yə məhz bu klubundan keçib.
Qeyd edək ki, tacik futbolçu "Qəbələ"nin heyətində 13 oyuna çıxıb və 936 dəqiqə oynayıb.
Fanat.az