Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt" tək heyət yox, digər məsələlərdə də dəyişikliklər edəcək. Fanat.az xəbər verir ki, Sumqayıt klubu növbəti mövsüm üçün yeni geyim dəstləri sifariş verib.
Ağ-göy formadan başqa daha bir forma da sifariş verilib ki, bu da tünd göy rəngdə olacaq. Formanın qabağında "Azərkimya"dan başqa yeni sponsor olan "Kapital Bank"ın da adı yazılacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol