Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, Sumqayıt futbol məktəbinin yetirməsi olan Tofiq Mikayılovla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı Mikayılov kareyarsı ərzində "İnter", "Simurq" və "Rəvan"ın şərəfini qoruyub. Ötən mövsümün ilk turunun "Simurq"la oyununda start heyətində yer alan və 32-ci dəqiqədə ağır zədə alan 28 yaşlı yarımmüdafiəçi bu səbəbdən mövsümün sonunadək oynaya bilməyib.
Onu da qeyd edək ki, bu "Sumqayıt"ın 9-cu transferi olub. Gənclik şəhəri təmsilçisi bundan əvvəl Ruslan Poladov, Ramazan Abbasov, Aqil Nəbiyev, Tagim Novruzov, Tərzin Cahangirov, Elvin Həsənəliyev, Ceyhun Cavadov və Təvəkkül Məmmədovla müqavilə bağlayıb.
Fanat.az