Premyer Liqanın 2014/15 mövsümü üçün hazırlıqlara start verən "Sumqayıt" baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki, bu həftə ərzində cəmi bir məşqlə kifayətlənən komanda növbəti həftədən hazırlıq prosesini bir qədər də intensivləşdirəcək.
"Sumqayıt" hazırlığın 1-ci mərhələsi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Komanda iyulun 5-də Sumqayıtda "Neftçala", 12-də isə "Bayıl Arena"da "Rəvan"la yoxlama matçında üz-üzə gələcək.
"Sumqayıt" hazırlığın 2-ci mərhələsini Türkiyədə keçirəcək.
Fanat.az