"Mançester Siti"nin hücumçusu Erlinq Holandın Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Real Madrid"ə qarşı keçirdikləri matçdan (3:3) sonra rəqib komandanın paltardəyişmə otağına getməsinin səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Mənbə Holandın "Real"ın yarımmüdafiəçisi Luka Modriçdən forma istəmək üçün "Kral klubu"nun soyunub-geyinmə otağına gəldiyini bildirib. Xəbərə görə, söhbət zamanı norveçli forvard təcrübəli xorvatı əfsanə adlandırıb.
Qeyd edək ki, tərəflərin cavab oyunu aprelin 17-də keçiriləcək. "Etihad"dakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat