15:01 16.04.2024 729

Legioner limiti dəyişsə... - Nə itirib nə qazanacağıq?

Mövsümün sonu yaxınlaşdıqca ölkə futbolundakı mümkün dəyişkliklərin müzakirə olunması adət etdiyimiz haldır. Yenə həm Misli Premyer Liqasının və aşağı liqaların formatı, həm də legioner limiti barədə müxtəlif fikirlər səsləndirilir. Gəlmə oyunçulara tətbiq edilən limitin 7+4-dən 8+3-ə yüksəldiləcəyi haqda da söz-söhbət dolaşır. Şübhəsiz, nəyin necə olacağını, futbol başbilənlərinin hansı dəyişikliklərə qərar verəcəyini zaman göstərəcək. Bəs görəsən meydanda eyni vaxtda 8 əcnəbinin xidmətindən istifadə imkanı nə vəd edir? Limitin artırılmasının müsbət və mənfi tərəflərini nəzərdən keçirmək məqamıdır.

Müsbət tərəfləri

1. Səviyyəli futbolçuların sayının çoxalması azarkeşlər üçün oynanılan futbolun daha baxımlı olmasını şərtləndirən amildir. Razılaşaq ki, baş məşqçi qaydalara əməl etmək məcburiyyəti üzündən hansısa zəif azərbaycanlını meydana start "11-lik"də buraxmaq məcburiyyətində qalmasa və onun yerini daha güclü legioner tutsa, bu, ümumi oyun səviyyəsinə də təsir edəcək. Başqa sözlə, meydandakı futbolun keyfiyyəti bir qədər yaxşılaşacaq. 

2. Təbii, yerlilərdən o qədər də fərqlənməyən xarici oyunçuların Azərbaycan klublarına cəlb edilməsi də təəssüf doğuran məqamlardandır və bu məsələnin tənzimlənməsi yetərincə mürəkkəb işdir. Amma söhbət ustalıq səviyyəsi qənaətbəxş olan gəlmələrdən gedirsə, belələri həm də yerli gənclərə örnəkdir. Tutaq ki, "Qarabağ"ın əsas hücumçusu Juninyo 19 yaşlı Nəriman Axundzadə üçün çox şey öyrənə biləcəyi biri, belə desək, əyani vəsaitdir. 

3. Rəqabət olan yerdə inkişaf da var. Gəlmələrdən nələrsə öyrənmək öz yerində, heyətdə yer almaq istəyən yerli oyunçunun öz üzərində daha çox işləməsi fərdi keyfiyyətin artmasına yol açır. Legioneri ehtiyatda oturmağa məcbur edən azərbaycanlıların sayının artması isə istər əsas milli, istərsə də U-21 və U-19 üçün faydalıdır. 

4. Yerli oyunçuya ölkənin elita klublarında tələbatın azalması azərbaycanlıların "evdə oturum, ailəmdən uzaq düşməyim, pulumu qazanım" şablonundan çıxmasına da yardımçı olar. Yəni belədə, haqq etdiyindən çox əməkhaqqı və mükafat almaq arzusu puça çıxan bəzilərinin xoşbəxtliyi ölkə xaricində axtarmaq fikrinə düşəcəyi dəqiqdir. Bu gün Polşa, Çexiya, Slovakiya, Macarıstan, Bolqarıstan və sair ölkələrin hərəsində 4-5 həmyerlimiz top qovsa, millinin baş məşqçisinin də seçim imkanı genişlənər. 

Mənfi tərəfləri

1. Sirr deyil ki, futbolçunun inkişafı üçün oyun praktikasından əziyyət çəkməməsi olduqca vacib amildir. Bəli, limit artırılacağı halda, güclü rəqabətdən üzüağ çıxmağı bacaran yerlilər daha yaxşı səviyyəyə çata bilərlər. Amma bunu bütün azərbaycanlılara şamil etmək absurddur. Məsələn, "Neftçi"ni əvəzedici komandasının formasını geyinən hansısa 18-19 yaşlı gəncin indi ən azı "Turan Tovuz", "Sumqayıt", "Səbail" kimi ortabab klubların əsas komandasında müntəzəm oynamaq imkanı varsa, legioner sayının artması bu yöndə vəziyyəti qəlizləşdirəcək. Baş məşqçi ayda 3 min manata oynayan və eyni maaşı istəyən yerli gəncdən daha yaxşı performans sərgiləyən gürcünu, nigeriyalını, belaruslunu niyə ehtiyatda saxlasın ki? Klub məşqçisindən nəticə tələb olunur axı...

 2. Hər mövsümdə iki dəfə az qala komandanın yarısını yeniləyən klublarımız da yox deyil. Bəzi funksionerlər və çalışdırıcılar üçün bu variant həm də yaxşı qazanmaq imkanıdır. Guya Premyer Liqa təmsilçilərində öz gətirdiyi legionerlərdən "otkat" alanlar yoxdur ki? Legioner sayı çoxalsa, gəlib-gedənlərin də sayında artım müşahidə ediləcək. 

3. Əcnəbi oyunçu sayının artması həm də Azərbaycandan xarici ölkələrə daha çox pul çıxması deməkdir. Bəlli məsələdir ki, legioner qazandığı pulun 80-90 faizini burada xərcləmir. Nəticədə daha çox maliyyə dollar şəklində aparılır, iqtisadi sabotaj yaranır. 

4. Legionerlərin hegemonluğunun komandadaxili ab-havaya da təsiri az deyil. Paltardəyişmə otağındakı atmosfer meydanda sərgilənən oyun qədər vacibdir. Yerlilərin sıxışdırılması bu mənada müəyyən çətinliklər yarada bilər. Qeyri-azərbaycanlıların işinə məsuliyyətlə yanaşması üçün komandada yerli-əcnəbi balansı qorunmalıdır.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

10:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

17:33

"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı

17:15

Braziliya millisinin hücumçusu İngiltərə nəhəngində - RƏSMİ

16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X