Bu gün UEFA Çempionlar Liqasında daha iki yarımfinalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, 1/4 final mərhələsinin son iki cavab oyunu İngiltərə və Almaniyada baş tutub.
Gecənin ən maraqlı qarşılaşması “Mançetser Siti” ilə “Real Madrid” arasında olub. Madriddə reallaşan ilk matçda 3:3 hesablı heç-heçə edən komandalar "Etihad"dakı gőrűşűn əsas vaxtında hərəyə 1 qol vurublar. Əlavə vaxtda da qalib műəyyənləşmədiyi űçűn oyunsonrası penaltilərə ehtiyac duyulub. Penaltiləri daha dəqiq yerinə yetirən "Kral klubu" yarımfinala yűksəlib.
“Bayern Münhen” – “Arsenal” duelinin taleyini 1 qol həll edib. Londonda 2:2 hesabı ilə bərabərliyə razılaşan "topçular" Kimmixin qoluna cavab verə bilməyiblər və Almaniya nəhəngi adını yarımfinala yazdırıb.
Qeyd edək ki, "Real" ilə "Bayern" yarımfinalda qarşılaşacaqlar. Digər yarımfinal duelində isə "Borussiya Dortmund" ilə PSJ üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
Mançester Siti (İngiltərə) - Real Madrid (İspaniya) 1:1 (penaltilərlə 3:4)
Qollar: De Brőyne, 76 - Rodriqo, 12
Baş hakim: Daniele Orsato (İtaliya).
İlk oyun – 3:3.
Bayern Münhen (Almaniya) - Arsenal (İngiltərə) 1:0
Qol: Kimmix, 63
Baş hakim: Danni Makkeli (Niderland).
İlk oyun – 2:2.