"Real"ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas Madrid klubunun baş məşqçisi Karlo Ançelottini buqələmunla müqayisə edib.
Fanat.Az xəbər verir ki, AS nəşri məşhur qolkiperin dediklərini belə təqdim edib:
“Karlo soyunub-geyinmə otağında oyunçuların etimadını necə qazanacağını çox yaxşı bilir. O, buqələmun kimidir: komandanın tərkibi dəyişə bilər, lakin o, dərhal uyğunlaşır və nəticə verir. Karlonun "Real Madrid"də olması çox yaxşı haldır, çünki o, həqiqətən də hər şeyi yaxşı qurmağı bilir. O, Madrid şəhərini sevir”.
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 finalında “Real Madrid” “Mançester Siti”ni ümumi hesabda üstələyib. "Kral klubu" yarımfinalda "Bayern Münhen" ilə qarşılaşacaq.
Karlo Ançelottinin yetirmələri La Liqada ən yaxın izləyicisini 8 xal qabaqlayaraq turnir cədvəlinə inamla liderlik edirlər.