Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün PSJ-yə qarşı evdə keçirəcəkləri qarşılaşma barədə danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"PSJ-ni saxlamaq asan iş deyil. Məncə, bütün rəqiblər Kilian Mbappeni "bağlamaq" istəyir, amma bu, həmişə alınmır. Hər şeyə hazır olmalıyıq.
Yaxşı ki, artıq çox şey yaşamışıq. Yarımfinalda oynamağı çətin rəqibləri keçərək haqq etmişik. Öz gücümüzə əmin olmalıyıq. Oyunla bağlı planlarımız var. Bizi bu rəqiblə bir yox, iki bərabər səviyyəli görüş gözləyir".
Qeyd edək ki, "Siqnal İduna Park" stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat