Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq prosesi çərçivəsində ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi ötən mövsüm Ukrayna Premyer Liqasında çıxış etmiş Zoporojye “Metallurg”u ilə görüşüb.
Matçda hesabı qəbələ açsa da, komandamız fasilədən sonra üstünlüyü əldən verib.
Qeyd edək ki, bu, Yuri Syominin yeni komandasında ilk sınağı idi.
Yoxlama oyunu
3 iyul
Qəbələ - Metallurg - 1:1 (1:0)
Qol: Hacıyev, 30.
"Qəbələ"nin start heyəti: David Petrkeviç, Ürfan Abbasov, Vladimir Levin, Deyan Kelhar, Nikola Valentiç, Lorentso Ebesilyo, Nizami Hacıyev, İbrahima Niasse, Dodo, Əbdülvahid Afolabi, Yannik Kamanan.
Yuri Syomin ikinci hissəyə tam fərqli heyət çıxarıb: Dieqo Kosta, Sadiq Quliyev, Omar Kalaban, Şəhriyar Xəlilov, Amit Quluzadə, Elmar Baxşıyev, Assis Rodriqes, Tərzin Cahangirov, Nuran Qurbanov, Viktor Mendi, Nikola Valentiç.
İdman24.az