14:20 03.05.2024 135

Tanınmış idmançılar master-klas keçdilər

Mayın 2-də “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq gənclər idman-şahmat məktəbində boks idman növü üzrə açıq məşq təşkil olunub.

Fanat.Az xəbər verir ki, açıq məşqdə tanınmış simalar, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları iştirak ediblər. 

Konkret, tədbirə XXVII Yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı, Əməkdar idman ustası və Əməkdar məşqçi Vüqar Ələkbərov, Avropa çempionatının ikiqat gümüş mükafatçısı, 2008-ci il Pekin XXIX Yay Olimpiyadasının bürünc mükafatçısı və Əməkdar idman ustası Şahin İmranov, kişilər arasında Azərbaycanın ilk dünya çempionu,  2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVlll Yay Olimpiya Oyunlarında bürünc medalın sahibi, Əməkdar idman ustası Ağası Məmmədov, Dünya çempionatının bürünc mükafatçısı, Əməkdar idman ustası, Əməkdar məşqçi Emil Məhərrəmov, Dünya və Avropa mükafatçısı, birinci Avropa oyunlarının qalibi, London Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov, Avropa çempionu, Dünya çempionatının gümüş mükafatçısı, Avropa oyunlarının bürünc medalçısı Məhəmməd Abdullayev və ikiqat Avropa çempionu və kişilər arasında Avropa çempionatının bürünc mükafatçısı Murad Allahverdiyev, uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi-müəllimləri yeniyetmə və gənc boksçulardan ibarət idmançıları qatılıblar.

İdmançıların yarışlara  hazırılığı, texnika və taktikanın yüksəldilməsi mövzusunda keçirilən açıq məşqdə fikir mübadiləsi aparılıb, idmançılara bir sıra tapşırıqlar verilib.

Tədbirdə iştirak edən Olimpiya, Dünya və Avropa mükafatçıları, tanınmış idmançılar öz taktika və texnikalarını gənc boksçulara nümayiş etdiriblər, daha sonra onlarla birgə məşq ediblər.

Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili, gənc idmançıların texnika və taktikasının təkmilləşdirməsi, boks idman növünün təbliği və inkişaf etdirilməsindən ibarət olub.

Tədbirin sonunda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış ikiqat Avropa çempionumuz, “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Nicat Hüseynovun və Avropa çempionu adını qazanmış Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Ömər Aslanlının mükafatlandırılması mərasimi baş tutub. Onlara mərkəzin rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Eyni zamanda, açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib.

Sonda açıq məşqdə iştirak edən Avropa, Dünya və Olimpiya mükafatçıları ilə idmançılar xatirə fotoları çəkdiriblər.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X