"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Bayern Münhen"ə qarşı hansı qapıçını oynadacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Madrid Xtra" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Tibo Kurtua finalda oynaya bilərmi? İndi biz çərşənbə günü "Bayern"ə qarşı keçirəcəyimiz oyun haqda düşünürük. Bu qarşılaşma bizim üçün finaldır. Çərşənbə günü Lunin oynayacaq, gerisinə baxacağıq".
Xatırladaq ki, tərəflərin "Alyans Arena"dakı ilk qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.
Nihat