Premyer Liqanın 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutacaq. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 15-i hazırlıq mərhələsinin 2-ci mərhələsi üçün Türkiyəyə yola düşəcək.
İyulun 28-dək Kartepe bölgəsində yerləşən "Green Park Resort Kartepe" otelində məskunlaşacaq komanda qonşu ölkədə 5 yoxlama matçı keçirəcək. Artıq "Sumqayıt"ın 2 rəqibi də müəyyənləşib. Belə ki, komanda iyulun 17-də İranın "İstiqlal" (Ahvaz), 20-də isə Özbəkistan çempionu "Bunyodkor"la üz-üzə gələcək.
Fanat.az