2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi qışda "Xəzər Lənkəran"a transfer olunan Orxan Əliyevi geri qaytarıb. Belə ki, 19 yaşlı futbolçu 1 illik icarə əsasında "Sumqayıt"da çıxış edəcək.
Qeyd edək ki, Orxan 2011-2013-cü illərdə "Sumqayıt"ın əsas heyətində 47 oyun keçirib və 10 qol vurub. U-19 millimizin üzvü "Xəzər Lənkəran"ın əsas komandasında debüt edə bilməyib.
Fanat.az