“Hazırlıq çərçivəsində üçüncü yoxlama matçını keçirdik. Almaniya klubu ilə oyunumuz maraqlı alındı. Fiziki yükləmələrin fonunda futbolçuların davamlılıq göstəricilərini yoxladıq. Adətən belə məşqlərdən sonra futbolçularda müəyyən yorğunluq nəzərə çarpır ki, bu da normal haldı. Fasilədən sonra isə heyətin böyük əksəriyyətini dəyişdik. Təcrübəli rəqiblə qarşılaşmada Elşən Abdullayev, Nicat Qurbanov, Slavik Alxasov, Məqsəd İsayev kimi gənclərə şans verdik. Düşünürəm ki, onlar yalnız təcrübə baxımından rəqibdən geri qalırdı. İkinci hissədə komandaya yeni qoşulan hücumçu Melvin Platyeni də meydana buraxdıq. Hiss olunur ki, futbolçu komandaya uyğunlaşma prosesini keçir. İnanıram ki, “Skenderbeu” ilə keçirəcəyimiz matça kimi komanda tam hazır olacaq”.
İdman24.az