PSJ-nin hücumçusu Kilian Mbappe Fransa nəhəngindən ayrıldığını şəxsən klubun ultrasına elan edib.
Fanat.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, ulduz forvard "Parc des Princes"-də "Collectif Ultras"-dan olan bir qrup pərəstişkarı ilə söhbət edib. Mbappe gedişi ilə bağlı azarkeşləri şəxsən məlumatlandırıb.
PSJ mayın 12-də cari mövsümdə son ev matçını "Tuluza"ya qarşı keçirəcək. Bu tədbir çərçivəsində ultraslar Mbappenin şərəfinə xüsusi hazırlaşmağı qərarlaşdırıblar.
Fransa çempionatının 33-cü turunun PSJ – “Tuluza” oyunu sabah saat 23:00-da başlayacaq.