"Fənərbağça"nın hücumçusu Mişi Batşuayi karyerasını digər İstanbul nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "VTR Spor" yayıb.
Məlumata görə, təcrübəli forvard "Qalatasaray"ın diqqət mərkəzindədir. Müqaviləsinin müddəti yayda bitən futbolçu ilə "aslanlar" cari mövsümün sonu əlaqəyə keçəcək.
Mişi Batşuayi “Qalatasaray”a transfer olunarsa, o, “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray”da çıxış edən ilk əcnəbi futbolçu olacaq.
Bu mövsüm "Fənərbağça"nın heyətində 41 matça çıxan 30 yaşlı hücumçu 23 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Ustaclı