"Torino"nun baş məşqçisi İvan Yuriç cari mövsümün sonunda klubdan ayrılacaq.
Fanat.Az xəbər verir ki, o, bu barədə qərarını tanınmış insayder Fabritsio Romanoya özü açıqlayıb:
“Yeni müqaviləyə razılıq verməklə, siz ona əməl etməyə və sona qədər işləməyə borclusunuz. Ancaq mən yayda başa çatacaq anlaşmanı uzatmaq barədə əmin deyiləm. Bunu mövsümün sonuna üç tur qalmış başa düşdüm və yeni müqavilə imzalamamaq qərarına gəldim”.
Qeyd edək ki, İvan Yuriç 2021/2022 mövsümünün əvvəlindən “Torino”da çalışır.