İspaniyanın "Real Madrid" klubu rekordunu təkrarlayıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna La Liqanın XXXV turunda "Qranada"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.
"Kral klubu" cari mövsüm çempionatda 19 matçda qapısını toxunulmaz saxlayıb.
İspaniya nəhəngi 1986/1987 və 1987/1988 mövsümlərində eyni sayda "quru" oyun keçirib.
Qeyd edək ki, hazırda 90 xalı olan "Real" mayın əvvəlində çempionluğu təmin edib.