Cari mövsümün sonunda "Milan"ın baş məşqçi postunu tərk edəcək Stefano Piolonin yerini kimin tutacağı hələ də dəqiqləşməyib.
Fanat.Az xəbər verir ki, pu posta əsas namizədlərdən biri də Antonio Kontedir.
Tanınmış jurnalist Canluka Di Martsionun yaydığı son məlumata görə, Konte "qırmızı-qaralar"ı çalışdırmağa hazırdır. Di Martsio rəhbərliyin hələ sözügedən mütəxəssislə bağlı qərarını qətiləşdirmədiyini də vurğulayıb.
Qeyd edək ki, Kontenin son iş yeri 2021-2023-cü illər aralığında işlədiyi "Tottenhem" olub.
Nihat