"Barselona"nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi müştərisinin cari mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılacağı ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Meczyki" 35 yaşlı forvardın tẹmsilçisinin sözlərini belə çatdırıb:
"Onun gedəcəyi ilə bağlı yayılan məlumatlar ağ yalandır. Levandovski 100 faiz "Barselona"da qalacaq".
Qeyd edək ki, cari mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 45 oyuna çıxan Levandovski 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat