Cari mövsümün sonunda Tomas Tuxellə vidalaşacaq "Bayern Münhen" sabiq baş məşqçisi Hans-Diter Fliklə danışıqları davam etdirir.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Almaniya nəhəngi 59 yaşlı mütəxəssisə 2 illik müqavilə təklif edib.
Qeyd edək ki, Flikin son iş yeri 2023-cü ildə ayrıldığı Almaniya millisi olub. O, 2019-2021-ci illərdə "Bayern"i çalışdırıb.