Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə məğlub edən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç matçın ardından ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis uduzduqları oyunla bağlı belə danışıb:
"Qəbələ"ni təbrik edirəm. Bizdən daha yaxşı oynadılar. İkinci toplara daha yaxşı reaksiya verməliydik. Əlaqə də zəif idi. Bura 3 xal dalınca gəlmişdik, təəssüf ki, buna nail olmadıq. İkinci hissəyə yaxşı başlamışdıq, təzyiqi artırmışdıq. Ancaq qırmızı vərəqədən sonra azlıqda mübarizə aparmaq çətin idi.
Davit Volkov kobud səhv etdi, yersiz qırmızı vərəqə alıb komandanı pis vəziyyətdə qoydu. Təbii ki, buna görə cəzalanacaq, iki vacib oyunda meydanda olmayacaq.
Həyat davam edir. Buna qədər ardıcıl 4 oyunda qalib gəlmişdik. Mövsümün sonundakı iki oyununuzu da qələbələrlə başa vurmalıyıq".