Bazar günü, mayın 12-də Premyer Liqanın 37-ci turunda "Mançester Yunayted" doğma meydanda "Arsenal"ı qəbul edib (0:1).
Fanat.Az xəbər verir ki, oyundan sonra güclü yağış səbəbindən "Old Trafford"u su basıb.
Su damdan keçərək meydançanın yanındakı tribunalara və stadiona sızıb. Daha sonra qazonun özündə böyük gölməçələr əmələ gəlib.
Bu oyundan sonra Premyer Liqa turnir cədvəlinə 86 xalla "Arsenal" başçılıq edir, ikinci olan "Mançester Siti" 85 xalı və bir oyunu var. “Mançester Yunayted” səkkizinci yerdədir və 54 xalı var.