"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatında "Qranada" ilə oyundan sonra komandanın qapıçısı Tibo Kurtuaya müraciət edib.
Fanat.Az "Defensa Central"-a istinadən xəbər verir ki, "Kral klubu"nun çalışdırıcısı 4:0 hesablı qələbədən sonra belçikalı qolkiperi daha çox iş başında görmək istədiyini deyib:
“Mən sənin çox tərlədiyini görmədim. İşin az oldu. Növbəti matçlarda sənə daha çox dəqiqə lazım olacaq”.
Xatırladaq ki, Kurtua dizindən aldığı zədə səbəbindən demək olar ki, bütün mövsümü buraxsb. Yalnız bu yaxınlarda belçikalı qolkiper meydana qayıdıb. İyunun 1-də Çempionlar Liqasının finalında "Real Madrid" Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Kurtua bu görüşdə qapıda dayanmaq baxımından favorit hesab olunur.