"Bayern Münhen" rəsmi saytı vasitəsi ilə cari mövsümün sonunda iki futbolçusunun komandanı tərk edəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar kamerunlu hücumçu Erik Şupo-Motinq və seneqallı müdafiəçi Buna Sarrdır.
35 yaşlı Şupo-Motinqin və 32 yaşlı Sarrın müqavilələrinin müddəti bu yay başa çatacağından hər iki oyunçu Almaniya nəhəngi ilə azad agent statusu ilə vidalaşacaq.
Erik "Bayern"in forması ilə indiyədək çıxdığı 122 matçda 38 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Buna isə Münhen təmsilçisində olduğu 4 mövsümdə 33 qarşılaşmada forma şansı qazanıb. O, bu görüşlərdə 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, "Bayern" "Volfsburq"la ev oyunundan (2:0) öncə sözügedən oyunçularla vida mərasimi təşkil edib.
Nihat