Dünən Madriddə "Real"ın La Liqanın qalibi olması münasibəti ilə parad keçirilib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, parad zamanı "Kral klubu"nun yarımmüdafiəçisi Cud Bellingem komanda yoldaşı Vinisius Junioru dünyanın ən yaxşı futbolçusu adlandırıb.
Öncə Vinisius danışıb: "Braziliyalılar kimi desəm, yanımdakı Belliqoldur. Bu anı oyunçular və azarkeşlərlə paylaşdığım üçün sevincliyəm. Bu, bizə Çempionlar Liqasının qalibi olmaq üçün əlavə enerji verəcək".
Bellingemin sözləri isə belə olub: "Çempionluğu belə qeyd etdiyimiz üçün şadam. Dünyanın ən yaxşı futbolçusunun yanındayam və çox xoşbəxtəm".
Bellingem cari mövsüm La Liqada 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Junior çempionatda 13 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Nihat