Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin klubu - "Adana Dəmirspor" məşhur futbolçusu Luiş Nani ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı Adana təmsilçisinin rəsmi "X" hesabı yayıb.
37 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Nani 2023-cü ildən "Adana Dəmirspor"un formasını geyinirdi.