Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili "Valensiya"da qalıb-qalmayacağı ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, "Movistar" 23 yaşlı qolkiperin dediklərini belə təqdim edib:
"Valensiya"da qalmaq istəyirəm. Amma gələcəyimi hələ dəqiq bilmirəm. Gəlin gözləyib görək hər şey bundan sonra necə olacaq”.
Mamardaşvili ilə Avropa klublarından maraqlandığı bildirilir.
Bu mövsüm o, İspaniya çempionatının 33 oyununda iştirak edib və 35 qol buraxıb. Gürcü qoliper 12 görüşdə qapısını toxunulmaz saxlayıb. 35 turdan sonra “yarasalar” La Liqanın turnir cədvəlində 9-cu yeri tuturlar.