"Arsenal"ın yarımmüdafiəçisi Kay Haverts İngiltərə Premyer Liqasının 37-ci turunda "Mançester Yunayted" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:
"Matça çox yaxşı hazırlaşmışdıq. Ən yaxşı oyunumuzu göstərmədik, amma ehtiyacımız olan üç xalı qazandıq. Buna görə razı qala bilərik.
Biz hər oyunda qalib gəlməliyik, çünki “Mançester Siti” həmişə təzyiq göstərir. Titul uğrunda mübarizə aparmaq əladır. Hər həftə ən yaxşı oyununu oynamalısan. Bunu edəndə özünüzü daha yaxşı hiss edirsiniz.
Mayın 14-də "Tottenhem" "Mançester Siti" ilə qarşılaşacaq. Həmin görüşdə "Tottenhem"in ən böyük azarkeşi olacam. Ən yaxşısına ümid edək".
Nihat