"Mançester Yunayted" rəhbərliyi mayın 20-nə planlaşdırılan ənənəvi şam yeməyini ləğv edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, klub bossları "qırmızı şeytanlar" Erik ten Haqın rəhbərliyi altında bərbad mövsüm keçirdikləri üçün komandanın bir araya gəlməsinə ehtiyac olmadığını düşünürlər.
Xatırladaq ki, MY üçün mövsüm mayın 25-də başa çatacaq. Həmin tarixdə ten Haqın komandası İngiltərə Kubokunun finalında əzəli rəqibi "Mançester Siti" ilə qarşılaşacaq.
Nihat