"Mançester Yunayted" hücumçusu Meyson Qrinvudu "Barselona"ya satmağı düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Xəbərə görə, mankunianlılar Qrinvuda qarşılıq olaraq mübadilə məsələsini müzakirə etməyə hazırdırlar. Belə ki, Premyer Liqa klubu onun əvəzinə "Barselona"dan hücumçusu Vitor Rokeni istəyir. Yanvarda Kataloniya klubuna transfer olunan braziliyalı az oyun təcrübəsinə görə, iş yerini dəyişməyə isti yanaşır. Rokenin agenti də açıqlama verib ki, rəhbərlikdən müəyyən zəmanət almasa, müştərisi yayda “Barselona”dan ayrılacaq.
Qrinvud bu mövsümü "Xetafe"də icarə əsasında keçirib və La Liqada 30 matçda 8 qol vurub, 6 məhsuldar ötürmə edib. Roke isə İspaniya çempionatında 11 oyun keçirməyi bacarıb və bu görüşlərdə 2 qol vurub.