Azərbaycan I Liqasında keçiriləcək “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda VAR sistemindən istifadə olunacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən oyun mayın 16-da saat 17:00-da başlayacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Sona iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdir. Rəqibindən iki xal az toplayan qonaqlar ikinci pillədə qərarlaşıb.